Fiziologiya İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib
05.11.2022 12:00

Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a institutdan məlumat verilib.

 

İnstitutun icraçı direktoru professor Əhməd Hacıyev tədbiri açaraq bildirib ki, 44 gün davam edən bu müharibədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli əsgərlərimiz 30 ilə yaxın bir zamanda erməni tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi, qaçqın, köçkün, didərgin həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu.

 

Sonra çıxış edən Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Fəxrəddin Əsgərov bildirib ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərib.

 

Sonda institutun əməkdaşı, İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonu istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə medalla təltif edilmiş qazi Ənvər Vəliyev çıxış edərək keçdiyi döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Müzəffər Ali Baş Komandana sonsuz inamdan danışıb. O, Vətən müharibəsində sağlamlığını qismən itirən döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib