İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 171 nömrəli məktəbdə maarifləndirici tədbir keçirilib
05.11.2022 11:14
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri 171 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
 
Bu barədə Aztibb.az-a İSİM-dən bildirilib.
 
“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı təşkil olunan tədbirdə məqsəd məktəbliləri sağlam qidalanma və onurğa xəstəlikləri ilə bağlı məlumatlandırmaq olub.
 
Tədbirdə İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin əməkdaşı Gülnarə Cəfərova “Məktəbli uşaqların qidalanması” mövzusu üzrə təqdimatla çıxış edib. O, uşaq və yeniyetmələrin sağlam qidalanmasının əhəmiyyətindən söz açıb, gənc nəslin düzgün və balanslı qidalanması ilə bağlı tövsiyələri nəzərə çatdırıb.
 
İSİM-in həkim-metodisti Zümrüd Kazımova “Düzgün qamət. Skoliozun profilaktikası” mövzusunda geniş təqdimatla çıxış edərək, məktəbyaşlı uşaqlarda bu problemə daha çox rast gəlinmə səbəblərini izah edib və onlara tövsiyələr verib.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib