Gənclərə qan donorluğu ilə bağlı geniş məlumat verilib  
05.11.2022 09:56
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) təşkilatçılığı, həmçinin Talassemiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə dəstəyi ilə “Sağlam olaq – Donor olaq” adlı təbliğat-təşviqat xarakterli tədbir təşkil olunub.
 
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzindən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Kollecin tərbiyə işləri üzrə direktor müavini Sədaqət Babayeva, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul, AQDİM-nin idarə heyəti sədrinin müavini, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Mərkəzi Qan Bankının həkimi Fəridə Məmmədova və Talassemiya Mərkəzinin həkim hematoloqu Tünzalə Əhmədova gənclərə talassemiya xəstəliyi, səbəbləri, müayinə və müalicəsi ilə bağlı görülən işlər, eləcə də qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı geniş məlumat verilib.
 
Diqqətə çatdırılıb ki, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin əsas məqsədi respublikada müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından
əməkdaşlıq etmək, həmçinin Azərbaycanda qan donorluğu ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
 
Qeyd edək ki, qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib