Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı Adil Behbudov
05.11.2022 00:02

Birinci Qarabağ müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Təcili Tibbi Yardım şöbəsinin sürücüsü Adil Behbudovu tanıyaq.

 

Adil Behbudov 1992-ci ildə Qarabağ müharibəsi zamanı peşəkar hərbçi kimi cəbhəyə yollanıb. O, Milli Ordunun N saylı Hərbi hissəsinin əsgəri olaraq döyüş bölgələrində hərbi qulluğu davam etdirib. Müharibə zamanı 1992-1994-cü illərdə Ağdam rayonunda, Şuşa şəhərində, Murovdağda yerləşən postlara və şiddətli döyüşlər gedən digər ərazilərə ezam olunub.

 

Adil Behbudov döyüş bölgələrində aldığı xəsarət səbəbindən 1994-cü ilin sonunda kapitan rütbəsi ilə ehtiya çıxıb.

 

Qürurverici haldır ki, Adil Behbudov İkinci Qarabağ müharibəsi zamanı da əsgər kimi Hadrud, Cəbrayıl, Xocavənd, Fizulu, Şüşa və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xocavənd, Fizuli, Laçın və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

Qeyd edək ki, Adil Behbudov 1983-1987-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. O, məktəbi bitirdikdən sonra 1987-ci ildə Ukraynanın Dnepropetrovsk vilayətində N saylı Hərbi hissədə motoatıcı tağım komandiri kimi fəaliyyət göstərib. Həmçinin 1988-ci ilin aprel ayından avqust ayına qədər Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın fəsadlarının aradan qaldırılmasında yaxından iştirak edib. Adil Behbudov 1989-cu ildə Azərbaycana təyinat alaraq Şəmkir rayon Hərbi Kommissarlığının ikinci şöbənin rəis müavini çalışıb. 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında Təcili Yardım şöbəsinin sürücüsü kimi fəaliyyət göstərir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib