SOCAR talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasına başlayıb
04.11.2022 22:44

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisinin inzibati binasında növbəti qanvermə aksiyası keçirilib.

 

Talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara köməklik göstərmək məqsədilə könüllü olaraq keçirilən “Donor günü” xeyirxah aksiyasında hər il olduğu kimi bu il də SOCAR əməkdaşları fəal iştirak ediblər.

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb personalının iştirakı ilə həyata keçirilən aksiyada SOCAR-ın Baş ofisinin inzibati binasında çalışan əməkdaşlar qan veriblər.

 

"Talassemiyasız həyat naminə" proqramına SOCAR 2009-cu ildən qoşulub və hər il SOCAR əməkdaşları bu xeyirxah aksiyada iştirak edirlər.

 

SOCAR-ın bütün idarə və müəssisələrində təşkil olunacaq aksiya 2023-cü ilin may ayınadək davam edəcək.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir