"Medinex 2022" sərgisi çərçivəsində tibb sahəsinin aktual mövzuları müzakirə edilir
04.11.2022 21:14

"Medinex 2022" sərgisinin tədbirlər proqramı çərçivəsində tibdə innovasiyalara həsr olunmuş “Pediatriyada müasir diaqnostika və müalicə metodları” adlı panel müzakirəsi təşkil edilib.

 

Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov pediatrik təcrübədə istifadə edilən innovativ üsulların əhəmiyyətini və bu təcrübələrin Azərbaycanda tətbiqinin uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasındakı rolunu vurğulayıb.

 

Panel sessiyaları formatında keçirilən müzakirələrdə təcrübəli mütəxəssislərin təqdimatında uşaq xəstəliklərinin diaqnostikası, cərrahi müalicəsi, reanimasiyası, qidalanma problemləri, uşaq və yeniyetmə yaş dövrlərində rastlanan aktual psixiatrik mövzular müzakirə edilib.

 

Sonda qeyd olunan mövzular ətrafında mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırılıb, eləcə də fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, ölkənin aparıcı mütəxəssisləri tərəfindən 3 noyabrdan başlayan panel müzakirələri sabah – 5 noyabrda da “Tibdə innovativ texnologiyalar” başlığı altında müxtəlif çıxışlarla davam edəcək.

 

Sərginin tədbirlər proqramı ilə buradan tanış ola bilərsiniz: https://medinex.az/az-programme/ 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib