ATU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib
04.11.2022 21:04

Azərbaycan Tibb Universitetində (ATU) 8 Noyabr- Zəfər Gününün 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Öncə tədbir iştirakçıları Azərbaycan Tibb Universitetində şəhid məzunların xatirəsinə ucaldılmış abidə kompleksinin önünə güllər qoyublar.

 

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Giriş sözü ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Zəfər Günü 44-günlük Vətən müharibəsində xalqımızın birliyinin rəmzi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli ordumuzun parlaq qələbəsinin simvoludur: “Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də şücaət və qəhrəmanlıq salnaməsi olan Zəfər Günüdür. Hər bir azərbaycanlının qürur və fəxr mənbəyi olan bu gün milli ləyaqətimizi özümüzə qaytardı, başımızı dik tutmağa imkan verdi”.

 

Nazir yaralı əsgər və zabitlərimizin sağlamlıqlarının bərpası zamanı son dövrlərdə ölkə səhiyyəsinin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsində görülən işlərin böyük rolu olduğunu vurğuladı: “Paytaxtda və regionlarda yeni tibb müəssisələrinin açılması, xüsusilə cəbhəyanı bölgələrdə ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş rayon mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzlərinin yaradılması lazımi məqamda yaralılara yardım göstərilməsi üçün vaxtında atılmış zəruri addım idi”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib