Biofizika İnstitutu və Rusiyanın Samara Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
04.11.2022 16:49

Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov Samara Universitetinin Optika və spektroskopiya kafedrasının professoru Svetlana Kotova ilə görüşüb.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, görüş zamanı Oktay Qasımov qonağa Biofizika İnstitutunda onkoloji və neyrodegenerativ xəstəliklər istiqamətində aparılan tədqiqatların mühüm elmi əhəmiyyətindən, həyata keçirilən müştərək layihələrdən, əldə olunan nailiyyətlərdən söz açıb.

 

Bundan əlavə, tərəflər arasında gələcək əlaqələrin qurulması və birgə elmi-tədqiqatların aparılması, habelə digər müştərək layihələrin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Daha sonra Svetlana Kotova institutun laboratoriyalarını gəzib, burada prioritet istiqamətlərdə müasir avadanlıqlarla aparılan elmi tədqiqat işləri barədə məlumatlandırılıb, alimlərin səmərəli fəaliyyətinin təmin edilməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb