2 nömrəli Bakı Baza Tibb kollecində Zəfər Gününə həsr edilmiş tədbir keçirilib
04.11.2022 09:19
2 nömrəli Bakı Baza Tibb kollecində Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri B.Nəbiyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədr müavini E.Mustafayeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "İnsan resursları" şöbəsinin mütəxəssisi T.Əhmədova, Respublika Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Təşkilat Komitəsinin müdiri E.Muradova, kollecin əməkdaşı - şəhid Mürsəl Kazımlının valideyinləri, kollecin qazi və əsgər tələbələri, müəllim-tələbə heyəti iştirak ediblər.
 
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilıb.
Kollecin direktoru D.Məmmədəliyeva “Zəfər Günü” münasibətilə iştirakçıları təbrik edərək qeyd edib ki, biz bu şanlı qələbəni Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və müzəffər Azərbaycan ordusunun rəşadəti sayəsində qazanmışıq.
 
Şəhid M.Kazımlının atası K.Kazımlı çıxışında oğlunun xatirəsini əziz tutub, ailəsini daima diqqətdə saxlayan kollec rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirib.
Tədbir tələbələrin hazırladığı “Zəfər-44 bayramı” proqramı ilə davam edib. Kollecin foyesində tələbələrin əl işlərindən ibarət “Zəfər Günü”nə həsr olunmuş sərgi nümayiş etdirilıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb