Belarus əczaçılıqla bağlı Azərbaycanla birgə müəssisə yaradılmasında maraqlıdır
03.11.2022 17:32

Səhiyyə Nazirliyində Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, nazirlikdən verilən xəbərə görə, görüşdə Belarusun əczaçılıq sənayesinin aparıcı müəssisələrinin nümayəndələri də iştirak ediblər.

 

Səhiyyə naziri Teymur Musayev son illərdə Azərbaycan və Belarus arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini vurğulayıb. Ölkələrimiz arasında əczaçılıq sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayan nazir əczaçılıq sənayesinin bütün dünyada innovativ inkişaf baxımından mühüm yer tutduğunu bildirib: “Bundan əlavə, əczaçılıq sənayesi gələcəyin iqtisadiyyatının əsas sahələrindən biridir, çünki yüksək keyfiyyətli tibb və millətin sağlamlığı hər bir ölkənin uğurlu sosial-iqtisadi inkişafının mühüm tərkib hissəsidir”.

 

Belarusda əczaçılıq sənayesinin sistemli və dinamik şəkildə inkişaf etdiyini vurğulayan səfir Andrey Ravkov ölkəsinin birgə müəssisə yaradılmasında maraqlı olduğunu qeyd edib:

 

“Bakıda keçirilən “Medinex” Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində ölkəmiz əczaçılıq sahəsində aparıcı müəssisələrinin daxil olduğu böyük milli ekspozisiya ilə təmsil olunur. Biz Azərbaycanda əczaçılıq sənayesinin inkişafında iştirak etmək istəyirik və buna hazırıq”.

 

Öz növbəsində Belarusun aparıcı əczaçılıq müəssisələrinin nümayəndələri Azərbaycana təkcə hazır dərman preparatlarının ixracında deyil, həm də bu sahənin inkişafında mütəxəssislərin hazırlanmasında kömək göstərməyə hazır olduqlarını ifadə ediblər.

 

Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşdə tərəflər farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivlərini müzakirə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb