İsveçrə COVAX təşəbbüsünə qoşulub
26.09.2020 11:44

İsveçrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus əleyhinə peyvənd təşəbbüsündə (COVAX) iştirak edəcək.

Aztibb.az xəbər verir ki, İsveçrə Federal Səhiyyə Agentliyi ölkənin müvafiq peyvənd hazır olduqdan sonra onun dünya üzrə ədalətli şəkildə paylanmasını maliyyələşdirməyə dair öhdəlik götürən dövlətlər sırasına qoşulduğunu elan edib. Bu ölkə ilkin olaraq təşəbbüsü 20 milyon İsveçrə frankı ilə dəstəkləyir.

İsveçrə hökuməti koronavirusa qarşı mümkün peyvəndin alınması üçün ümumilikdə 300 milyon frank vəsait ayırıb. İlkin olaraq ABŞ-ın “Moderna“ əczaçılıq konserni ilə müqavilə bağlayan İsveçrə tərəfi ölkə əhalisi üçün 4,5 milyon doza peyvənd istehsalı üçün zəmanət əldə edib.

COVAX təşəbbüsü isə, ilk növbədə, peyvənd maddəsinin ədalətli paylanması üçün yaradılmış təşəbbüsdür. Təşəbbüs müxtəlif əczaçılıq şirkətləri ilə əməkdaşlıq şəraitində 2021-ci ilin sonunadək 2 milyard doza peyvəndin istehsalını nəzərdə tutur. Hazırda təşəbbüs çərçivəsində doqquz peyvənd üzərində tədqiqatlar aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır