Biofizika İnstitutunun Monpelye Universiteti ilə birgə elmi nəticələri yüksək impakt faktorlu jurnalda dərc olunub
03.11.2022 10:00

Zülallar istənilən canlı orqanizmdə mühüm funksiyaları yerinə yetirən mürəkkəb molekullardır. Hüceyrələrdə “aparılan” işlərin böyük hissəsini yerinə  yetirən çoxsaylı və rəngarəng molekullar olan zülallar canlı orqanizmlərin hüceyrə, toxuma və orqanlarının quruluşu, funksiyaları və tənzimlənməsi üçün tələb olunur.

 

Bir qayda olaraq, təcrübi tədqiqatlar kanonik (yəni ilkin olaraq aşkar olunan və ən çox rast gəlinən) zülalların quruluş və funksiyalarının müəyyənləşdirilməsi yönümündə olur. Lakin tədqiqatlar göstərir ki, (ən azı) əksər zülalların fərqli (alternativ) izoformaları da mövcuddur. Hazırda həmin alternativ formaların müəyyənləşdirilməsinə və quruluş-funksional tədqiqinə genomların kodlaşdırma statusu, hüceyrələrin funksional fəaliyyəti, genetik xəstəliklər və s. prizmalarından maraq sürətlə artır. Son illərdə zülalların quruluş və funksional annotasiyası, hüceyrələrin “qaranlıq proteomunun” tədqiqi üzrə bioinformatik analiz vasitələrinin yaradılması istiqamətində böyük uğurlar əldə olunub.

 

Bu günlərdə AMEA və Fransanın Monpelye Universitetinin birgə doktorantı Zərifə Osmanlının və həmkarlarının (o cümlədən AMEA və Monpelye Universitetinin digər birgə doktorantı Türkan Səmədova və Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun) bu istiqamətdə tədqiqatlarının nəticələri impakt faktoru 4,6 olan “Biomolecules” jurnalında dərc olunub.

 

Ən müasir bioinformatik metodlardan istifadə etməklə, müəlliflər 57 eukariot genomunun proteomlarını tədqiq etmiş və bir sıra maraqlı nəticələr əldə etmişlər. O cümlədən aşkar olunub ki, kanonik zülallarla müqayisədə, onların izoformalarında siqnal peptidlərinə, transmembran nahiyyələrinə və tandem təkrarlara daha az rast gəlinir ki, bu da onların funksiyasının və ya hüceyrə lokalizasiyasının dəyişməsinə səbəb ola bilər. Alınmış nəticələr əsasında kanonik zülallar və onların izoformaları arasındakı quruluş fərqlərinin yeni təsnifatı təklif olunub və belə fərziyyə irəli sürülüb ki, kanonik zülallar kimi, onların izoformaların əksəriyyəti də funksiya baxımından təbii seçmənin təsiri altındadır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib