Akademik Əhliman Əmiraslanov: "Gələn ilin dövlət büdcəsində İTSDA-nın xərcləri artırılacaq"
03.11.2022 11:53

2023-cü ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) xərcləri 12,3 faiz artırılacaq.

 

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov "Medinex" və "Beauty Azerbaijan" sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

 

Komitə sədri bildirib ki, icbari sığorta üzrə toplanan vəsait ildən-ilə artmaqdadır.