Birinci Qarabağ müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşı - Səttar Yaqubov
03.11.2022 10:24
Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadla, Birinci Qarabağ müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Tibbi Yardımın Keyfiyyətinə Nəzarət şöbəsinin həkim-metodisti Səttar Yaqubov haqqında məlumatları təqdim edir.
Səttar Yaqubov Qarabağ müharibəsi zamanı Azərbaycan Tibb Universitetinin Topoqrafik Anatomiya və Operativ Cərrahlıq kafedrasının assistenti olaraq 1992-ci ildə könüllü cəbhəyə yollanıb. O, 1992-ci ilin yanvar ayında yaradılmış Müdafiə Nazirliyinin Birinci Hərbi Səhra Cərrahiyyə Hospitalında Qəbul-Evakuasiya şöbəsinin rəisi olaraq fəaliyyətə başlayıb.
Qeyd edək ki, Ağdam Dəmiryol stansiyasında yerləşdirilmiş Birinci Hərbi Səhra Cərrahiyyə Hospitalı 7/24 saat tibbi və cərrahi xidmət göstərirdi. Dəfələrlə düşmən tərəfindən raketlə vurulmaq təhlükəsinə məruz qalmışdı. Bu səbəbdən Birinci Hərbi Səhra Cərrahiyyə Hospitalı Ağdamın Mahrızlı kənd xəstəxasına köçürülmüşdü. Səttar Yaqubov döyüş bölgəsində yaralanan əsgərlərin Hospitala çatdırılmasında, cərrahi əməliyyatlarda və transportabel halına gələn yaralıların Azərbaycanın digər tibb müəssisələrinə evakuasiyasında fəal iştirak edib.
Həkim-metodist, həmçinin Səttar Yaqubov yaralılara vaxtında düzgün ilk cərrahi yardımın göstərilməsi üçün döyüşən ordu hissələri ilə birlikdə döyüşlərdə iştirak edərək, yaralı əsgərlərimizə ilk tibbi yardım göstərib.
Qeyd edək ki, Səttar Yaqubov 1972-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 1978-1979-cu illərdə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura oxuyub. O, 1979-2008-ci illərdə müxtəlif dövlət tibb müəssisələrində həkim-cərrah kimi fəaliyyət göstərib. Həmçinin 1991-2008-ci illər ərzində Azərbaycan Tibb Universitetində assistent kimi çalışıb. Səttar Yaqubov 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim olaraq fəaliyyət göstərir.
Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və möhtəşəm qələbənin qazanılmasında Səttar Yaqubovun da payı var.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

