“Medinex” və “Beauty Azerbaijan” sərgisinin açılışı olub
03.11.2022 10:16

Noyabrın 3-də Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri start götürüb.

 

Noyabrın 5-dək davam edəcək sərgilər koronavirus pandemiyasının yaratdığı uzun fasilədən sonra yenidən ənənəvi formatda keçiriləcək. Sənaye mütəxəssisləri işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr əldə etmək, aktual məlumatlar əldə etmək və sərfəli müqavilələr bağlamaq üçün iki ildən sonra ilk dəfə yenidən görüşəcəklər.

 

Qeyd edək ki, “Medinex” səhiyyə mütəxəssislərini bir araya gətirən biznes platformasıdır. Aparıcı yerli və xarici istehsalçılar və distribütorlar sərgidə ölkə klinikalarının təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.

 

Sərginin ekspozisiyası dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Yaponiya, Əlcəzair və digər ölkələrdən 90-dan çox şirkəti birləşdirəcək.

 

Bu il “Medinex 2022” sərgisi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəal iştirakı və dəstəyi ilə keçirilir.

 

“Zeytun Pharmaceuticals” MMC “Medinex 2022” sərgisinin Qızıl Sponsorudur. Sərginin sponsorları sırasında “AzeriMed” və “Referans Medical Group” yer alır.

 

Sərgidə tibbi avadanlıq, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərmanlar, vitaminlər və pəhriz əlavələri, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibdə informasiya texnologiyaları və digərləri təqdim olunacaq.

 

“Medinex” sərgisi ilə eyni anda Gözəllik İndustriyası Sərgisi "Beauty Azerbaijan" keçiriləcək. Sərgi çərçivəsində kosmetologiya və estetik tibb üçün məhsullar, parfümeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq məhsulları, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı, bərbər alətləri və digər sektorlar sərginin ayrılmaz bir hissəsidir.

 

“Medinex” sərgisi çərçivəsində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlərin keçirilməsi nəzərdə tutulub. Beləliklə, “Medinex” sərgisinə xüsusi olaraq "DocDeti” klinikasında həkim-psixiatr, Psixiatr və psixoloqların elmi əsaslı təcrübə naminə assosiasiyasının təsisçisi, Yelisey Osin psixiatrlar, nevroloqlar, o cümlədən valideynlər üçün “Autizmin diaqnostikası və terapiyası – texnologiyalar” mövzusunda çıxış edəcək.

 

Panel müzakirələri “Xəstəliklərin diaqnostika və müalicəsində innovativ yanaşma” “Diaqnostikada yeni nəsil sistemlər və kliniki faydaları”, “Pediatriyada müasir diaqnostika və müalicə metodları”, “Tibdə innovativ texnologiyalar”, “İnnovativ dərman vasitələri” mövzularını əhatə edəcək. Ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: https://medinex.az/az-programme/.

 

Eyni zamanda, ənənəvi olaraq, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlərinin keçirilməsi planlaşdırılır.

 

Beləliklə, “Medinex” və “Beauty Azerbaijan” sərgiləri sənaye mütəxəssislərini eyni platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsətdir.

Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub