Ermənistanda donuz qripinin oyandırıcısı aşkarlanıb
03.11.2022 09:28

Ermənistanda aparılan laboratoriya tədqiqatları nəticəsində H1N1 yarımnövünün A tipli (donuz qripi) qripinin oyandırıcısı aşkar edilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

 

Mərkəzdən qeyd ediblər ki, qripdən qorunmağın ən yaxşı yolu peyvənd olunmaqdır.