Gömrük Hospitalının Vətən müharibəsində payı olan əməkdaşı - İlham Əliyev
02.11.2022 12:44
Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadla, Birinci Qarabağ müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının provizoru İlham Əliyev haqqında məlumatları təqdim edir. 
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının provizoru Əliyev İlham 1992-ci ildə Qarabağ müharibəsi zamanı Azərbaycan Tibb Universitetinin IV kurs tələbəsi olaraq könüllü olaraq cəbhəyə yollanmışdır. Müharibə zamanı Əliyev İlham Fizuli rayonunun Qaçar, Qaraxanbəyli kəndlərinin müdafiəsi uğrunda gedən şiddətli döyüşlərdə yaralanan hərbiçilərə təcili tibbi yardım göstərmiş və onların döyüş ərazilərindən tibb müəssisələrinə təxris olunmasında fəal iştirak etmişdir.
 
Qeyd edək ki, provizor Əliyev İlham 1988-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin Əczaçı-provizor fakültəsində təhsil almışdır. O, əmək fəaliyyətinə 1991-ci ildə başlayaraq 2014-cü ilə qədər müxtəlif dövlət apteklərində həkim-interna, farmasevt və aptek müdiri kimi fəaliyyət göstərmişdir.
 
Provizor Əliyev İlham 2016-cı ildən Mərkəzi Gömrük Hospitalının Alqı satqı və təchizat şöbəsinin provizoru kimi fəaliyyət göstərir. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və möhtəşəm qələbənin qazanılmasında provizor Əliyev İlhamın da payı var.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib