Mərkəzi Neftçilər Xəstəxanasında ödənişsiz tibbi xidmətlərdən yararlanmaq mümkündür
02.11.2022 09:55
Aztibb.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri barədə məlumatları təqdim edir.
 
Bu müəssisələrdən biri olan Mərkəzi Neftçilər Xəstəxanası Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 21 ünvanında yerləşir. Xəstəxana 6 korpusdan ibarətdir. Müəssisənin işçi heyəti 215 həkim, ümumilikdə 328 tibbi və 295 qeyri-tibbi olmaqla 838 nəfərdən ibarətdir.
 
Mərkəzi Neftçilər Xəstəxanasında Poliklinika, Radiologiya, Laboratoriya, Ginekologiya və doğum, Pediatriya-neonatologiya, Terapiya, Hemodializ, Kardiologiya, Təcili Təxirəsalınmaz Tibbi Yardım, Ümumi cərrahiyyə və orqan transplantasiyası, Ürək-damar cərrahiyyəsi, Əməliyyatxana, Urologiya, Oftalmologiya, Qulaq, burun, boğaz xəstəlikləri, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Fizioterapiya və reabilitasiya şöbələri mövcuddur.
 
Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər. Bunun üçün xəstəxanaya şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaq yetərlidir.
 
Qeyd edək ki, gün ərzində tibb müəssisəsinə ambulator tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı 600-700, stasionar tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı isə 30-35 arası dəyişir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub