Uşaqlarda övrənin yaranma SƏBƏBLƏRİ
01.11.2022 16:04
Övrə uşaqlarda dəri səthində yaranan qızartı və qaşıntı ilə özünü biruzə verir. Ağır formalarda üz, göz, dil, qırtlaq, əl, ayaq və dodaq şişməsi də olur. Dərinin allergik reaksiyası o qədər şiddətli ola bilər ki, xəstə kəskin tənəffüs çatışmazlığından itirilə də bilər.  
 
Aztibb.az xəbər verir ki, həkim pediatr Nigar Süleymanova uşaqlarda tez-tez rast gəlinən bu dəri probleminin səbəblərini açıqlayıb. Belə ki, övrə əsasən aşağıdakı səbəblərdən yarana bilir:
 
- qidalar;
- dərmanlar (ibuprofen, antibiotiklər, aspirin və s);
- infeksiyalar;
- autoimmun xəstəliklər;
- həşərat dişləmələri;
- soyuq hava;
- günəş şüası və s.
 
Həkim əlavə edib ki, övrəni yaradacaq qidalar daha çox yumurta, süd və süd məhsulları, şokolad, dəniz məhsulları və s. hesab olunur. Xəstəliyin daha ağır formalarında göz qapaqlarında, dodaqlar, dildə şişkinlik, tənəffüs yollarında şişkinlik, ödem müşahidə olunur. Belə olan halda mütləq uşağı xəstəxanaya aparmaq lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub