Azərbaycanlı cərrah Özbəkistanda beynəlxalq konfransda məruzə ilə çıxış edib
01.11.2022 15:43

Bu günlərdə Daşkənd şəhərində Özbəkistan Bariatrik Metabolik Cərrahlar Dərnəyinin ilk beynəlxalq konfransı keçirilib. Toplantıda Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov da iştirak edib.

 

Beynəlxalq tədbirdə Tariyel Ömərov "Mədənin boylama rezeksiyası əməliyyatının standartları” mövzusunda məruzə ilə çıxış edib. O, bu sahədə son illərdə əldə edilən nailiyyətləri tədbir iştirakçıları ilə bölüşüb.

 

Azərbaycanlı həkim qeyd edib ki, mədənin boylama rezeksiyası əməliyyatı digər metodlarla müqayisədə daha asan və yeni başlayan cərrahlar üçün praktik tətbiq olunan bir əməliyyatdır. Məruzəçi, həmçinin indiyədək müxtəlif beynəlxalq patentləri alan “Aşırı piylənməsi olan xəstələrdə bariatrik-metabolik cərrahi müalicənin optimallaşdırılması” metodu barədə də məlumat verib.

 

Tariyel Ömərov beynəlxalq konfransın Braziliya, Türkiyə, ABŞ, Rusiyadan olan cərrah və professorların qatıldığl iki elmi panelində moderator qismində çıxış edib. O, həmçinin konfransın  canlı əməliyyat panelində moderator kimi təmsil olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib