Pediatr Hicran Rəhimli: "Uşağın tez-tez yedizdirilməsi onun sağlam böyüməsi demək deyil"
01.11.2022 09:01
"Uşağın zorla, məcburi şəkildə yedizdirilməsi onun sağlam böyüməsi demək deyil. Bu, sonrakı yaşlarda daha böyük problemə səbəb ola bilər. Valideyn tərəfindən uşağın müxtəlif üsullarla şirnikləndirərək yedizdirilməsi tamamilə yanlışdır". 
 
Aztibb.az xəbər verir ki, bunu Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Hicran Rəhimli deyib.
 
Onun sözlərinə görə, doyandan sonra uşağa əlavə nəsə yedizdirmək də doğru deyil. Uşaq nə qədər çox hərəkət etsə, fiziki yorğunluq olsa, o qədər də yeməyə çox ehtiyac duyacaq: "Evdə oturan, fiziki hərəkətlər etməyən və ya az hərəkət edən uşaq acmayacaq, ya zəif yeyəcək, ya da yeməkdən imtina edəcək. Ona görə də, ilk növbədə, uşağın fiziki hərəkətli olmasına fikir vermək və uşağın yaşına uyğun olaraq hərəkət etmək lazımdır. Bir uşağın başqa bir uşaqla müqayisə edilməsi düzgün deyil”.
 
Hicran Rəhimli bildirib ki, uşağın sağlam böyüməsi üçün onun tez-tez yedizdirilməsinə deyil, özü istədiyi qədər yeməsinə üstünlük verilməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib