Uyğun şəraitdə saxlanılmayan məhsullar qida zəhərlənmələrinə səbəb ola bilər - DİQQƏT!
31.10.2022 17:22
Qida zəhərlənməsi zamanı ilkin yardım necə olmalıdır?
 
Aztibb.az Xətai Tibb Mərkəzinə istinadla xəbər verir ki, qida zəhərlənməsi halı baş verərsə, təcili olaraq mədə yuyulmalı, zəhərlənən şəxsə çoxlu miqdarda maye içirilməli, ev şəraitində imalə olunmalıdır. Əgər bu mümkün olmazsa, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib 1 stəkan suya qatıb içmək lazımdır. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının qarşısını almaq olar.
 
Əgər zəhərlənmə inkişaf edərsə, onu ev şəraitində müalicə etmək məsləhət görülmür. Bu zaman mütləq zəhərlənən şəxs tibb müəssisəsinə yerləşdirilməli və ona tibbi yardım göstərilməlidir.
 
Təmizliyə riayət etməklə, qidanı emal edərkən düzgün temperaturda bişirməklə, bişmiş və çiy məhsulların təmasını kəsməklə, təhlükəsiz saxlanılma qaydalarına riayət etməklə qida zəhərlənmələrinin qarşısını almaq mümkündür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub