VIII Türkiyə Tibb Dünyası Konqresi keçirilib - Fotolar
31.10.2022 17:23

İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresi davam edir. Beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatının təltifetmə mərasimi baş tutub.

 

Aztibb.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev vurğulayıb ki, son illərdə əldə edilən uğurlarımız sayəsində türk dünyası çərçivəsində birgə addımlar atılıb, türk birliyinin əsası qoyulub. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı siyasət, iqtisadiyyat, mədəniyyat, ticarət, gömrük kimi digər sahələri də əhatə edən bir beynəlxalq təşkilatdır.

 

Bağdad Amreyev noyabrda Səmərqənddə keçiriləcək TDT-nin Zirvə Toplantısında yeni bir mərhələyə qədəm qoyacağına əminliyini ifadə edib: “Bunun arxasında xalqlarımızın iradəsi və təşkilatın üzv ölkələri liderlərinin qərarlığı dayanır”.

 

TDT-nin Baş katibi həmçinin pandemiya dövründə təşkilat tərəfindən məqsədyönlü və uğurlu addımların atıldığını diqqətə çatdırıb.

 

Türkiyə səhiyyə naziri Fahrettin Koca bildirib ki, COVID-19 pandemiyası səhiyyə sahəsi ilə bərabər ölkələr arasında dostluğun da sınağı oldu: “Böyük Türk dünyasının bir hissəsi olan Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstanla birgə daha da güclüyük. Qardaş ölkələrimiz bu mübarizədə bizimlə birgə öndə oldular. Pandemiya səhiyyə sisteminin güclü olmasının vacibliyini göstərdi. İstehsal gücümüzü birləşdirərək, öz dərman və tibbi ləvazimatlarımızı istehsal edə biləcək böyük ailə olmalıyıq. 20 ildə Türkiyə səhiyyə sisteminə edilən yatırımlar göz qabağındadır - şəhər xəstəxanalarımızda göstərdiyimiz xidmətlər dünya ölkələri tərəfindən təqdir olunur”.

 

VIII Türkiyə Tibb Dünyası Konqresi və "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatın təltifetmə mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdan gələn yüz ilə baxışımızı qardaş və dost ölkələrlə birgə təsəvvür edirik: “Hazırda biz dünyanın yalnız iqtisadiyyat kimi məsələlər deyil, artıq insanın var olma anlayışı çərçivəsində inkişaf etdiyini görürük”.

 

COVID-19 pandemiyasının ortaya çıxdığı problemlər haqqında danışan Türkiyə Prezidenti insanlığı bu bəladan qurtarmaq üçün göstərilən səylərdə İbn Sinanın verdiyi tövsiyələrin ortaya çıxdığını qeyd edib: “Dünyanın fərqli bölgələrində insanı bir vasitə deyil, şəxsiyyət kimi göstərilən səylərin arxasında ortaq mədəniyyətimizin yer aldığını görürük. Türk tibb dünyası olaraq bu təfəkkürü öz sahəmiz üzrə hər an, hər vəsiləylə həyata keçirməliyik”.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatını təqdim edib.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib