AQTA-nın nümayəndə heyəti Estoniyada işgüzar səfərdə olub
29.10.2022 10:56

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti oktyabrın 26-27-də Estoniya Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində agentliyin sədr müavini Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkənin Kənd Təsərrüfatı və Ərzaq Şurasının baş direktoru Urmas Kirtsi arasında görüş keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, görüş zamanı son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlər barədə geniş məlumat verilib, eləcə də yeni qəbul olunmuş “Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn tələblərə dair məsələlər Estoniya tərəfinin diqqətinə çatdırılıb.


Görüşdə nəzarət tədbirləri, informasiya sistemləri, idxala nəzarətin təşkili, Estoniyada qida təhlükəsizliyi və bitki sağlamlığına, həmçinin diri heyvan və qida məhsullarının ixracına nəzarətin həyata keçirilməsi məsələləri üzrə agentliyin nümayəndə heyətinə təqdimatlar edilib.

 

Ölkəmizdən olan nümayəndələr Estoniya Respublikasının Muuga sərhəd nəzarət məntəqəsinə səfər ediblər. Səfər zamanı sərhəd nəzarət məntəqələrində həyata keçirilən işlər, sərhəddə aparılan laborator analizlər, sərhəd nəzarət məntəqələri və aidiyyəti regional idarələr arasında əlaqə qurulmasına dair məsələlər üzrə təcrübələr barədə məlumat verilib.

 

Eyni zamanda, Estoniya Kənd Təsərrüfatı Tədqiqat Mərkəzinin əməkdaşları ilə keçirilən görüşdə AQTA-nın nümayəndə heyətinin üzvləri laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib