Bəhram Bağırzadə bu gün süni tənəffüs aparatından ayrılır
18.07.2020 16:17
"Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Səhhəti stabildir".
 
Aztibb.az xəbər verir ki, bu barədə Bəhram Bağırzadənin müalicə edildiyi Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib. Onun sözlərinə görə, xəstə bir neçə gündür spontan tənəffüsdədir.
 
"Bu gündən başlayaraq süni nəfəs aparatının müvəqqəti qapadılması, yəni tənəffüsün fizioloji yolla burundan və ağızdan alınması yoxlanılacaq. Bir neçə dəfə yoxlamalar aparıldıqdan sonra aparatın çıxarılması da mümkün olacaq. Müşahidə edilən miopotiya əlamətləri də xeyli geriləyib. Onlara qarşı müvafiq müalicə aparılır".
 
B.Musayev bildirib ki, xəstə aktivdir, oturur, ayağa qalxır. Bu gün səhər isə ailə üzvləri ilə telefonla danışıb.
 
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq konsilium keçirib və xəstənin EKMO cihazına qoşulmasına qərar vermişdi. Xəstə EKMO cihazına qoşulduqdan sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. Əməkdar artist iyulun 2-də EKMO-dan ayrılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır