Elmi-Tədqiqat Pediatriya İnstitutunda NRP kursu keçirilib
28.10.2022 20:14

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Neonatal Reanimasiya Proqramı” (NRP) kursu keçirilib.

 

Tədbirdə institutun direktoru, t.ü.f.d.,dos. Allahverdi Musayev “Neonatal Reanimasiya Proqramı” kursunun yeni doğulmuş körpə ilə təmasda olan bütün səhiyyə işçiləri tərəfindən keçilməli olan ixtisasartırma təhsili proqramı olduğunu deyib. O, Neonatal Reanimasiya Proqramı kursunun təsirli və zəruri bir təlim olduğunu diqqətə çatdırıb.

 

Direktor neonatal ölümlərin qarşısının alınmasına töhfə vermək üçün bu cür təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

 

Kursun birinci hissəsində təlimçilər - Aydan Şahbazzadə, uzman pediatr Elşad Şıxəliyev, reanimatoloq Xalidə Mustafayeva, ikinci hissədə t.ü.f.d. Sevda Əsədova, uzman pediatr Nərmin Quluzadə, reanimatoloq Afət Ağayeva iştirakçılara NRP kurs proqramına əsasən nəzəri bilikləri və praktiki bacarıqları təqdim ediblər.

 

Sonda təlim proqramını müvəffəqiyyətlə bitirən kurs iştirakçılarına sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib