Duru yağlardan təkrar istifadənin ziyanı
28.10.2022 17:13

Duru yağlardan təkrar istifadə etmək orqanizmdə sağalmaz xəstəliklərə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, buna səbəb təkrar istehlak zamanı yağların tərkibində təhlükəli birləşmələrin əmələ gəlməsidir.

 

Aztibb.az xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Əfsanə Cabbarova deyib: “Yağların müxtəlif şəraitdə yüksək temperaturda qızdırılması zamanı onların fiziki-kimyəvi xüsusiyyətləri dəyişir. Xüsusən açıq hava şəraitində bir sıra kimyəvi reaksiyalar nəticəsində yağlar degenerasiya olunur. Yağların təkrar istifadəsi təkcə onlarda hazırlanan qidalardan istifadə edənlərin deyil, eləcə də onları hazırlayanların sağlamlığına da mənfi təsir göstərir. Həmin yağlarda qızardılmış nişastalı qidaların üst hissəsində zəhərli aldehidlər yaranır və onlar gözün və tənəffüs yollarının selikli qişasına güclü qıcıqlandırıcı təsir edir”.

 

Həkim-terapevt Sübhan Hacıyevin dediyinə görə, duru yağlardan təkrar istifadə artıq çəki ilə yanaşı ölüm riskini artıran xəstəliklərə də səbəb ola bilər: “Təkrar istifadə olunmuş duru yağlar dəfələrlə emal olunduqda onların istilikdə öz tərkiblərini zədələdikləri üçün kanserogen maddələr artır. Bu, daha çox orqanizmdə mədə-bağırsaq xərçəngi, ürək-damar xəstəlikləri və bunun nəticəsində miokard infarktı, beyin infarktı və insultlar kimi xəstəliklərin yaranmasına səbəb olur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub