Beynin cavanlığının qorunması üçün faydalı - 4 TƏRƏVƏZ
27.10.2022 17:21

Müəyyən tərəvəzləri ehtiva edən sağlam pəhriz yaşlandıqca nevroloji sağlamlığı və beyin aktivliyini qorumağa kömək edir. 

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu barədə həkim Debora Li “Express” nəşrinə müsahibəsində bildirib. Mütəxəssis vurğulayıb ki, yaşıl yarpaqlı tərəvəzlər beynin cavanlığını qorumaq üçün çox faydalıdır. Bu tərəvəzlərdən gündə ən azı bir porsiya yemək yaşla əlaqədar idrak qabiliyyətinin zəifləməsini əhəmiyyətli dərəcədə yavaşladır.

 

"Pəhrizinizə ispanaq və kələm daxil edin - vitaminlər və antioksidantlarla zəngin olan bu tərəvəzlər beyninizi 11 il cavanlaşdıra bilər", - deyə doktor D.Li qeyd edib.

 

“Neurology” jurnalında dərc olunan tədqiqat məlumatları yaşıl yarpaqlı tərəvəzlərin düşüncə proseslərinin sürətinin azalmasına güclü müsbət təsirini təsdiqləyir. Alimlər 58-99 yaşarası 960 könüllü haqqında məlumatları təhlil ediblər. Mütəxəssislər müəyyən ediblər ki, ən çox yarpaqlı göyərti yeyənlərdə koqnitiv funksiyaların geriləmə nisbətlərinin əhəmiyyətli dərəcədə aşağı olduğu müşahidə olunub. Xüsusilə, söhbət ispanaq, kələm, kahı, yarpaq kələmi (kale) kimi tərəvəzlərdən gedir.

 

Tədqiqatçılar yarpaqlı yaşıl tərəvəzlərin fol turşusu, B-karotin, filloxinonom və karotenoidlərlə (məsələn, lutein) zəngin olduğunu iddia ediblər. Alimlərin sözlərinə görə, karotenoidlərin istifadəsi beynin periventrikulyar ağ maddəsində daha az ciddi dəyişikliklərlə əlaqələndirilir və xüsusilə lutein sinir sisteminin iltihabının qarşısını alır. Beləliklə, bu maddələr sayəsində həm beynin fəaliyyəti yaxşılaşır, həm də degenerativ vəziyyətlərin inkişaf ehtimalı azalır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub