Bir sıra enerji içkilərinin markalanmasında ciddi pozuntular aşkarlanıb
27.10.2022 14:15
Bir sıra enerji içkilərinin markalanmasında və qəndlərdə ciddi pozuntular aşkarlanıb.
 
Aztibb.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ticarət şəbəkələrində enerji içkisi olmayan içkilərin enerji içkisi kimi təqdim edilməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, əksər ticarət şəbəkələrində rəflərin yenidən düzülməsi və qiymət stikerlərinin dəyişdirilməsi təmin edilib. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib. Bildirib ki, aparılmış monitorinqlər zamanı enerji içkiləri ilə bağlı əsasən 2 növ uyğunsuzluq aşkarlanır:
 
“Əsas uyğunsuzluq enerji içkisi olan məhsulların markalanmasında ciddi pozuntuların olması və enerji içkisi olmadığı halda üzərində enerji içkisi təəssüratını yaradan ifadələrdən istifadə edilməklə istehlakçıların aldadılmasıdır. Markalanmasında ciddi pozuntular olan 2 enerji içkisinin geri çağırılması, 5 istehsalçıya məxsus sərinləşdirici içkinin markalanmasında enerji içkisi təəssüratı yaradan ifadələrin çıxarılması üzrə tədbirlər görülüb, ticarət şəbəkələrində rəflərin yenidən düzülməsi və qiymət stikerlərinin dəyişdirilməsi təmin edilib”.
 
Q.Təhməzli həmçinin aparılan yoxlamalarda şəkər tozu və qənd məhsullarında kükürd dioksid (SO2) miqdarının normadan artıq olmasının aşkarlanması ilə bağlı məlumat verib. Bildirib ki, monitorinqlər çərçivəsində 12 istehsalçıya məxsus məhsullarda kükürd dioksidin kütlə payının normadan artıq olması müəyyənləşdirilib. Bununla bağlı bütün müvafiq nəzarət tədbirləri görülüb. Görülmüş tədbirlərin nəticəsi olaraq, ümumilikdə, müəssisələr tərəfindən 1097 kq məhsul geri çağırılıb və bundan 547 kq məhsul məhv edilib. Anbarda olan 5309 kq məhsulun yenidən emalı təmin olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub