Reseptdə bioloji aktiv qida məhsullarını dərman kimi qeyd edən həkimlər məsuliyyətə cəlb olunacaq
27.10.2022 15:38

1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşib.

 

Aztibb.az xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sahəsində görülən işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında məlumat verib.

 

Bildirib ki, qida təhlükəsizliyi ilə bağlı yeni qanuna əsasən 1 yanvardan etibarən ölkəyə idxal olunan bioloji aktiv qida məhsullarının istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunacaq.

 

Bioloji aktiv qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarətin gücləndiriləcəyindən söz açan Qoşqar Təhməzli tibbi reseptlərdə bioloji aktiv qida məhsullarını dərman vasitəsi kimi qeyd edən həkimlərin inzibati məsuliyyətə cəlb olunacağını bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib