Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Binəli Yıldırım evə buraxılıb
27.10.2022 14:52

Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım evə buraxılıb.

 

Aztibb.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.

 

O, qəzadan sonra ağır əməliyyatlar keçirdiyini və iki qabırğasının sındığını bildirib: “Həmçinin körpücük sümüyüm zədələnib. Müalicəmizin davam etməsində xeyli insanın zəhmət var. Bütün tibb heyətinə, Türkiyə Səhiyyə Nazirliyinə səhhətimin normallaşmasında göstərdiyi xidmətlərinə təşəkkür edirəm. Qəzadan dərhal sonra Azərbaycana gələn ailəmə xüsusilə minnətdaram”.

 

Binəli Yıldırım bundan sonra müalicəsinin ev şəraitində davam edəcəyini söyləyib.

 
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib