"P88: Cənub Şərqi və Şərqi Avropa ölkələrinin gücləndirilməsi" layihəsi çərçivəsində təlim kursu keçirilib
27.10.2022 12:45
10-21 oktyabr 2022-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində yerləşən Fövqəladə Halların Əlaqələndirilməsi və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Fövqəladə Hallar Nazirliyinin koordinasiyası ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri üçün "P88: Cənub Şərqi və Şərqi Avropa ölkələrinin gücləndirilməsi" layihəsi çərçivəsində təlim kursu təşkil edilib.
 
Aztibb.az xəbər verir ki, təlim kursunda TƏBİB-in və tabeliyindəki müəssisələrin mütəxəssisləri iştirak edib.
 
Sonda iştirakçılara təlimçi sertifikatları verilib.
 
Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanan layihənin əsas məqsədi KBRN-lə bağlı fövqəladə hadisədən sonra sağlamlığa dəyən zərərlərin və insan itkisinin azaldılması üçün tibbi hazırlıq, cavab tədbirləri üzrə mövcud imkanların gücləndirilməsi və inkişaf etdirilməsi, iştirakçı ölkələrin müvafiq tədbirlər üçün ehtiyaclarının öyrənilməsi, mümkün dəstəyin göstərilməsi, eləcə də tibbi müdaxilə və təbabət üzrə milli təlim mərkəzlərinin yaradılmasıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb