ATU-nun Tədris Stomatoloji Klinikasında şəhid və qazi ailələri üçün aksiya keçirilir  
27.10.2022 11:39

Oktyabrın 27-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasında şəhid və qazi ailələrinin üzvləri üçün aksiyaya start verilib.

 

ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Mahir Səfərovun sözlərinə görə, aksiya çərçivəsində şəhid və qazi ailələrinin üzvlərinin ödənişsiz stomatoloji müayinələri və müalicəsi aparılır: “Klinikanın tədris bazasında həkimlərimiz tərəfindən şəhid və qazi ailələrinin üzvlərinə lazımi tibbi xidmətlər göstərilir. Aksiya çərçivəsində ödənişsiz müayinələrlə yanaşı, xəstələrə hər növ stomatoloji yardım göstərilir, dişlərin kompüter tomoqrafiyasının aparılması, plomb qoyulması, müalicəsi, dişin çıxarılması kimi stomatoloji prosedurlar aparılır. Qeyd edim ki, ATU-nun Stomatoloji Klinikasının kollektivi müharibə qəhrəmanlarını və onların ailə üzvlərinin tibbi problemlərinə daim diqqət və qayğı ilə yanaşır”.

 

Şəhid və qazi ailə üzvləri üçün stomatoloji aksiya 2 həftə davam edəcək. Bu aksiya Vətən müharibəsi qəhrəmanlarına sosial qayğının gücləndirilməsi işinə ATU-nun bir töhfəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb