Orqanizmdə maqnezium çatışmazlığının əsas əlamətləri
27.10.2022 11:29
Maqnezium (Mg) insan orqanizmindəki 11 həyati mineraldan biridir. Kəmiyyət baxımından insanlarda olan minerallar arasında dördüncü yeri tutur.
 
Maqneziumun bu qədər vacib olmasının əsas səbəbi bədənimizdə 300-dən çox fermentin fəaliyyətində əsas rola sahib olmasıdır. Orqanizm bu vacib elementi özbaşına istehsal edə bilmədiyi üçün onu qida vasitəsilə, xaricdən qəbul etməlidir. Orta yaşlı bir insanda təxminən 24 qram maqnezium var. Bədənimizdəki maqnezium ehtiyatı daim yenilənməlidir. Yəni, bu mineralın öz funksiyalarını yerinə yetirməsi üçün bədənə davamlı olaraq verilməlidir.
 
Maqnezium əsas funksiyasını onun 40%-nin olduğu qan və əzələ sistemlərində göstərir. Əzələlərin güclənməsində, zülal sintezində və ferment sisteminin fəaliyyətində hüceyrələrin böyüməsində və bərpasında mühüm rol oynayır. Həmçinin maqnezium maddələr mübadiləsi üçün də bir çox faydası vardır.
 
Bu mineralın çatışmazlığı tibbdə hipomaqnezemiya adlanır.
 
Maqnezium çatışmazlığının əlamət və simptomlarını aşağıdakı kimi sıralamaq olar:
 
- Ürəkbulanma və qusma;
- Yorğunluq və anoreksiya;
- Əzələ ağrıları və uyuşma;
- Diqqətin azalması və psixi çaşqınlıq yarana bilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib