TƏBİB Hesablama Palatasının xəstəxanalardakı nöqsanlarla bağlı auditinə münasibət bildirib
27.10.2022 11:15

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) böyrəklərin xroniki xəstəliyi ilə bağlı həyata keçirilən fəaliyyətin Hesablama Palatası tərəfindən aaprılan audit nəticələri ilə bağlı açıqlama yayıb.

 

Aztibb.az-ın məlumatına görə, açıqlamada qeyd edilib ki, auditin əhatə etdiyi dövr ərzində - yəni, 1 yanvar 2016-cı il tarixindən 31 dekabr 2021-ci ilədək - “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın icrası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətinə aid olmayıb. Sözügedən Tədbirlər Proqramının icrası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2022-ci ilin fevral ayından həvalə olunub.

 

"Aidiyyəti qurumlar tərəfindən müvafiq komissiyanın formalaşdırılmadığı məsələsinə gəldikdə isə qeyd edək ki, TƏBİB-in Müşahidə Şurasının Qərarı ilə “Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin müalicəsinin təşkili üzrə komissiya” yaradılıb və fəaliyyətdədir.

 

Əvvəlki dövləri əhatə edən çatışmazlıqların aradan qaldırılması üzrə hazırda TƏBİB tərəfindən ardıcıl tədbirlər həyata keçirilir".

 

Qeyd edək ki, auditdə bildirilir ki, fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurmuş, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməmişdir. Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərmiş, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olmuşdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib