Niderlandda buster doza üzrə vaksinasiya başlayır  
27.10.2022 09:16

Niderlandda 12 yaşdan yuxarı hər kəs artıq koronavirus əleyhinə buster doza üzrə vaksinasiya oluna bilər.

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb.

 

Son peyvənddən və ya xəstəlikdən ən azı üç ay keçməsi şərti ilə təkrar peyvənd 12 yaşından etibarən hər kəs üçün mümkündür. İlkin peyvənd də ən əsas şərtdir.

 

"Əlavə peyvənd immunitet sistemini gücləndirir və koronavirusdan daha yaxşı qoruyur", - institutdan bildirilib.

 

Qurumun məlumatına görə, ötən həftə Niderlandda COVID-19-a yoluxma hallarının sayı azalıb, lakin hələlik payız dalğasının səngidiyini iddia etmək olmaz. Bu onunla əlaqədardır ki, omikron ştammının BQ.1 subvariantı Avropada daha geniş yayılır və yaxın gələcəkdə infeksiyaların sayının artmasına səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib