MBBİ-də “İnsanın genetik identifikasiyası və pasportlaşdırma problemləri” mövzusunda təcrübə kursuna start verilib                
27.10.2022 10:11

Elm və Təhsil Nazirliyinin  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün “İnsanın genetik identifikasiyası və pasportlaşdırma problemləri” mövzusunda təcrübə kursuna başlanılıb.

 

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova iştirakçıları salamlayaraq bu sahədə aparılan tədqiqat işlərinin elmi və tətbiqi əhəmiyyətindən söhbət açıb. Alim belə kursların təşkilinin gənclərin elmə cəlb olunmasında, elm-təhsil əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, üç gün müddətində davam edəcək təcrübə kursunda gənclərə həm nəzəri məlumatlar veriləcək, həm də təcrübələrdə iştirak təmin olunacaq.

 

Kursun ilk günündə institutun Populyasiya genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev “Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri” mövzusunda, laboratoriyanın kiçik elmi işçisi Zərintac Rüstəmova isə “İnsan təkamülünün tədqiqində antik DNT-nin rolu” mövzularında mühazirələr oxuyublar. Praktiki hissədə tələbələr ilkin olaraq laboratoriyada  təhlükəsizlik qaydaları və cihazların iş prinsipi ilə tanış olublar, həmçinin onlara genom DNT-sinin ekstraksiyası prosesi göstərilib.

 

Qeyd edək ki, kurs növbəti günlərdə də davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib