İntensiv terapiya və reanimasiya tədbirlərini uğurla həyata keçirən peşəkar həkim
27.10.2022 10:08
Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadla, “Tanıtım rubrikasında” pasiyentlərə intensiv terapiya və reanimasiya tədbirlərini uğurla həyata keçirən Mərkəzi Gömrük Hositalının yüksəkixtisaslı anestezioloq-reanimatoloqu Könül Həsənova haqqında məlumatları təqdim edir.
 
Könül Həsənova Mərkəzi Gömrük Hospitalında ümimi anesteziya, regional anesteziya, traxeyanın inturbasiyası və eksturbasiyası, mərkəzi damarlara kateterin qoyulması, invaziv və non-invaziv monitorinq, ağciyərlərin invaziv və non-invaziv ventilasiyası, lumbal punksiya və onurğa beyin mayəsinin alınması, bronxoskopiya ilə bronxların lavajı, defibrilasiya və kardioversiya, ürək daxili inyeksiya və digər prosedurları həyata keçirir.
 
O, 1996-1998-ci illərdə İran İslam Respublikası Şəhid Babayi Universitetində müalicə işi fakültəsində, 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb. Könül həkim 2004-2005-ci illərdə M.Ə.Əfəndiyev adına 2 saylı klinik xəstəxanasında anesteziologiya və reanimasiya şöbəsində anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçib. O, əmək fəaliyyətinə 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında dövlət tibb müəssisəsində anestezioloq-reanimatoloq kimi başlayıb. O, 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında anestezioloq-reanimatoloq kimi çalışır.
 
Daim öz üzərində çalışan və tibbin son nailiyyətlərini fəaliyyətində tətbiq edən Könül həkim müxtəlif illərdə Azərbaycanda və xaricdə keçirilən çoxlu sayda konfrans və elmi tədbirlərdə iştirak edib. O, 2011-ci ildə Türkiyənin İzmir şəhərində yerləşən Kocaeli Egitim-Araştırma Xəstəxanasında təkmilləşdirmə kursunda, 2013-cü ildə Türkiyənin Ankara şəhərində Atatürk Egitim-Araşdırma Xəstəxanasında təkmilləşdirmə kursunda, 2014-cü ildə Türkiyənin İzmit şəhərində Ege Universiteti Xəstəxanasında Perfuziologiya kursunda və Azərbaycanda keçirilən müxtəlif tibbi elmi tədbirlərdə iştirak edib.
 
Könül həkim 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. O, 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunub.
 
Həkim haqqında ətraflı məlumat almaq üçün link: https://customshospital.az/konul-hesenova/
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır