ÜST: Koronavirusun yeni, daha təhlükəli və ölümcül variantlarının peyda olması təhlükəsi realdır  
26.10.2022 20:03

Planetin əhalisinin təxminən üçdəbiri hələ də COVID-19 əleyhinə bir dənə də olsun peyvənd almayıb.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru (ÜST) Tedros Adhanom Qebreyesus Seulda keçirilən Beynəlxalq biosammitdə bildirib.

 

O, koronavirusun yeni, daha təhlükəli və ölümcül variantlarının peyda olunması təhlükəsinin real olduğunu bəyan edib. Bildirib ki, dünyada vaksinasiyaya bərabər çıxışın olmaması pandemiyaya qlobal reaksiyanı sarsıdıb.

 

Baş direktor deyib ki, aşağı gəlirli ölkələrdə səhiyyə işçilərinin yarısından çoxu və yaşlı insanların təxminən üçdə ikisi koronavirus əleyhinə peyvənd olunmayıb. Tedros əlavə edib ki, "vaksinasiyadakı fərq qlobal bərpanı təhdid edir və hər kəsi risk altına salır". Koronavirusun yeni, daha təhlükəli və ölümcül variantlarının peyda olunması təhlükəsinin real olduğunu bildirən baş direktor “Biz bu pandemiyadan nəticə çıxarmalıyıq" deyib.

 

Tedros Adhanom Qebreyesus hesab edir ki, ən vacib nəticələrdən biri vaksinlər və müalicə vasitələrinin istehsalının coğrafiyasının genişləndirilməsi zərurətidir. “Çünki pandemiya göstərib ki, hazırda belə imkanlara yalnız az sayda ölkələr malikdir. Növbəti nəsil vaksinləri, terapevtik vasitələr və diaqnostika alətləri gələcək pandemiyalara cavab vermək üçün olduqca mühüm əhəmiyyət kəsb edəcək”, - deyə Qebreyesus vurğulayıb.

 

ÜST-nin dəstəyi ilə təşkil olunan Beynəlxalq biosammit, oktyabrın 25-də və 26-da Seulda keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır