STM-nin 1 nömrəli Şəhər Xəstəxanasında maarifləndirici seminar keçirilib
26.10.2022 17:23

Sumqayıt Tibb Mərkəzinin (STM) 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində böyük tibb və əməliyyat blokunun tibb bacılarının iştirakı ilə maarifləndirici seminar keçirilib.

 

STM-in Tibb bacıları şöbəsinin təşkilatçılığı ilə keçirilən seminarda xəstəxana daxili infeksiya riskini azaltmaq üçün əl təmizliyi ilə bağlı gigiyenik qaydalar haqqında geniş məlumat verilib. Bununla yanaşı, əməliyyat blokunun dezinfeksiyası üçün ümumi qaydalardan bəhs edilib.

 

1 nömrəli Şəhər Xəstəxanasının Əməliyyat blokunun böyük tibb bacısı Aytən İsalı, xəstəxananın İnfeksion nəzarət komissiyasının sədri Könül Cəfərova sözügedən mövzularda çıxış ediblər, praktik nümunələr göstəriblər.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Sonda STM-in Tibb bacıları şöbəsinin rəhbəri Qızılgül Bünyatova çıxış edərək bildirib ki, tibb bacılarının maarifləndirilməsi, eləcə də bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif mövzuları əhatə edən seminarlar davam etdiriləcək.

Sumqayıt Tibb Mərkəzi

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib