"Yeni klinika"da gənc kadrlarla görüş keçirildi    
26.10.2022 16:33

Bu gün "Yeni klinika" tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev klinikanın gənc kadrları ilə görüşüb.

 

Görüşdə tibb müəssisəsində çalışan 300 nəfərədək tibb və qeyri-tibb personalı iştirak edib.

 

Tədbirdə çıxış edən C.Paşayev son dövrlərdə ölkəmizdə tibb sahəsində əldə edilən uğurlardan, icbari tibbi sığortanın tətbiqi ilə vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən mühüm işlərdən danışıb.

 

C.Paşayev həmçinin "Yeni klinika"nın Qafqazın ən böyük tibb müəssisəsi olduğunu xatırladaraq, qarşıya qoyulmuş hədəfə nail olmaq üçün səmərəli fəaliyyətin önəmini qeyd edib.

 

Tibb müəssisəsinin əməkdaşlarının 65 faizinin gənclərdən ibarət olduğunu vurğulayan C.Paşayev yerli və xarici təhsil müəssisələrində təhsil alan və son 3 ayda işə qəbul olunan əməkdaşların əmək fəaliyyətilə də maraqlanıb, müvafiq tövsiyələr verib.

 

Görüş təkliflərin dinlənilməsi və sual-cavab hissəsilə başa çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib