Milli Qəhrəman Maşallah Abdullayev onkoloji xəstəlikdən vəfat edib
26.10.2022 12:21

Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev 72 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.

 

Aztibb.az-ın məlumatına görə, o, bu gün dəfn ediləcək.

 

Qeyd edək ki, Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində anadan olmuşdu. O, Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə yaradaraq iştirak etmiş, 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdü.

 

1992-ci ildə briqada komandirinin müavini vəzifəsinə təyin olunmuş Maşallah Abdullayev Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərmişdi.

 

O, 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdu.

 

Allah rəhmət eləsin!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib