Həkim-terapevt: Qaraciyər sirrozu xəstəliyinin yaranmasında genetik faktor da rol oynayır  
26.10.2022 12:11

Qaraciyər sirrozu qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Bu təhlükəli xəstəliklədən biri hesab edilə bilər. Çünki bəzən qaraciyər zədələnsə də əsas əlamət və simptomlar vaxtında özünü büruzə vermir. Bu isə müalicənin gecikməsinə səbəb olur.

 

Aztibb.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-terapevti Lalə Xalıqzadə deyib.

 

“Bununla belə, qaraciyər sirrozunun bir çox ilkin əlamətləri var. Məsələn, iştahasızlıq, qeyri-ixtiyarı arıqlama, ürək bulanması, qusma, sağ qabırğaaltı nahiyədə yüngül ağrılar, yorğunluq və ya müntəzəm zəiflik sirrozunun əlamətləri hesab edilə bilər. Belə bir şübhələr varsa, mütləq həkimə müraciət etmək məsləhətdir,” – deyə həkim bildirib.

 

Qaraciyər sirrozunun yaranma səbəbləri müxtəlif olduğunu söyləyən Lalə Xalıqzadə bildirib ki, sirrozun əsas yaranma səbəbi alkoqol istifadəsi ilə yanaşı hepatit B və hepatit C kimi xroniki viral viruslardır: “Bəzi sirroz xəstəliyinə tutulan şəxslərdə isə heç bir səbəb tapılmır. Qaraciyər sirrozu xəstəliyinin yaranmasında genetik faktor da rol oynayır. Çox nadir hallarda isə ağır dərmanların uzun müddətli istifadəsi, dəmir və mis minerallarının həddindən artıq qəbulu, xroniki ürək çatışmazlığı, öd yollarının tıxanması və digər səbəblərdən yarana bilər”.

 

Bu problemlə üzləşməmək üçün həkim ilk növbədə qaraciyərə ziyan verən hallardan uzaq durmağı, spirtli içkilərdən tamamilə imtina etməyi, ən xırda şübhəyə ehtiyatla yanaşmağı, gecikmədən müalicə aparmağı, hepatit B peyvəndi olunmağı və eləcə də qida rejiminə mütləq əməl etməyi tövsiyə edib.

 

O, həmçinin bildirib ki, qaraciyər və qaraciyər sirrozu ilə bağlı bir sıra xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi bölməsində yer alır. TƏBİB-in tabeliyində olan tibb müəssisələrindən, o cümlədən Kliniki Tibbi Mərkəzdə bu xidmətlərdən ödənişsiz şəkildə yararlanmaq mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib