Prioritet köməkçi vasitələrin siyahısının təkmilləşdirilməsi üzrə konsensus iclası keçirilib  
26.10.2022 12:09

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlığı çərçivəsində ölkəmizdə Köməkçi Texnologiyalar (KT) sektorunu gücləndirmək və köməkçi vasitələrin (“reabilitasiya vasitələrinin”) təminatını yaxşılaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ÜST-nin Avropa üzrə regional ofisinin və ölkə nümayəndəliyinin dəstəyi ilə Prioritet Köməkçi Vasitələrin Siyahısının (KVS) təkmilləşdirilməsi üzrə konsensus iclası keçirib.

 

Aztibb.az ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Milli KVS-in inkişafına töhfə vermək üçün tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) nəzdində olan müvafiq qurumlar, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, Azərbaycan Karlar Cəmiyyəti, Əlillər Təşkilatları İttifaqı, “Müstəqil Həyat” Əlillər Mərkəzi və digər qeyri-hökumət təşkilatlarını təmsil edən 36 mütəxəssis iştirak edib.

 

Tədbirin əsas nəticəsi Nazirlər Kabinetinin qərarı ilə təsbit edilmiş və hal-hazırda əlilliyi olan şəxslərə dövlət hesabına təmin olunan reabilitasiya vasitələrinin siyahısındakı məhsullara baxış keçirmək və onların yenidən təsnifləşdirilməsi ilə ÜST-nin bir sıra prioritet köməkçi vasitəsini sözügedən siyahıya əlavə etmək olub.

 

ÜST-nin məlumatlarına əsasən, bu gün dünyada 1 milyarddan çox insanın bir və ya daha çox köməkçi vasitəyə ehtiyacı var. İnsanların yaşlanmasını və qeyri-infeksion xəstəliklərin yayılmasını nəzərə almaqla, köməkçi vasitələrə ehtiyacı olan insanların sayının 2050-ci ilə qədər 2 milyardı keçəcəyi proqnozlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib