Fastfud qidaların yüksək kaloriliyi nəticəsində piylənmə qlobal şəkildə artır
26.10.2022 08:55

Hazırda dünyanın bir çox ölkələrində fastfud qidaların istehlakı durmadan artır. Bəzən vaxtın az olması fastfud qidaların daha tez və asan başa gəlməsi onlardan istifadəni zəruri edir. Həmin qidalara qatılan dadlandırıcılar xüsusilə uşaqlarda həmin qidalara qarşı istək yaradır. Mütəxəssislər fastfudların kökəlməyə səbəb olmaqla yanaşı, eyni zamanda, mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsində əsas rol oynadığını qeyd edirlər.

A

ztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib: “Fastfudlarla qidalanma müasir dövrün ən aktual problemlərindən biridir. Onunla qidalanma nəticəsində bir sıra xəstəliklərin artdığı və həmin xəstəliklər sırasında piylənmənin ön sırada gəldiyi müşahidə edilir. Fastfud qidaların yüksək kalorili və yağ miqdarının kəskin şəkildə çox olması nəticəsində piylənmə qlobal şəkildə artmaqda davam edir. Xüsusən uşaq yaşlarında fastfud qidaların qəbulu həmin qidaları qəbul etməyənlərlə müqayisədə piylənmə riski daha yüksəkdir”.

 

Bu cür qidalar qısa müddətdə aclığı aradan qaldırsa da, orqanizmə verdiyi zərərlər qaçılmazdır. Həkim-diyetoloq Gülsüm Hüseynovanın dediyinə görə, valideynlər uşaqlarını lap kiçik yaşlarından bu cür qidalara öyrəşdirməkdə səhvə yol verirlər: “Çox vaxt uşaqlar əsas qida qəbullarından imtina edirlər və onların rasionunun əsasını fastfudlar təşkil edir. Uşaqların fastfudlara meyil etməsinin səbəbi onun asanlıqla əldə edilməsi və geniş reklam olunmasıdır. Fastfudlar qəbul etdiklərinə görə onlar səhər, günorta və axşam yeməklərindən imtina edirlər. Ona görə də valideynlər uşaqlıqdan övladlarına sağlam qidaları sevdirməyə çalışmalıdırlar”.

 

Ayaqüstü yeyilən qidaların hazırlanması zamanı rəngləndiricilərdən, dadlandırıcılardan və digər qatqı maddələrindən istifadə edildiyi üçün insan orqanizmi zamanla zəhərlənməyə məruz qalır. Həmin qidaların gigiyenik baxımdan təmiz olmaması da infeksiya riskini artırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub