Seminarda reanimasiya şöbələrində əl gigiyenasının rolundan bəhs olunub
25.10.2022 20:07

Bu gün Respublika Klinik Xəstəxanasında “Reanimasiya şöbələrində xəstəxanadaxili infeksiyaların profilaktikasında əl gigiyenasının rolu” adlı seminar keçirilib.

 

Tədbirdə xəstəxananın Yenidoğulmuşların İntensiv Terapiyası bölməsinin müdiri, uzman-neonatoloq Elşad Şıxəliyev mövzu üzrə çıxış edib.

 

Seminarda xəstəxananın Reanimasiya və Anesteziologiya, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Hemodializ şöbələrinin kollektivi, Keyfiyyətə Nəzarət Komitəsinin rəhbəri və cərrahiyyə şöbələrinin tibb bacıları iştirak ediblər.

 

Tədbirdə sadə gigiyenik prosedur olan əl gigiyenasının həyatımızdakı rolu, viruslara qarşı mübarizədə əllərin mütəmadi yuyulmasının vacibliyi, antiseptik vasitələrlə dezinfeksiyanın təhlükəli infeksiyalardan qorunmaqda mühüm müdafiə üsulu olduğu qeyd edilib.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib