İmmuniteti yüksəldən, sonsuzluğun müalicəsində effektiv olan tərəvəz..
25.10.2022 17:19
Balqabaq qədim zamanlardan yetişdirilən tərəvəz bitkisidir. Yazda əkilən balqabaq payız fəslində yetişir. Müxtəlif növ vitaminlərlə zəngin olan bu tərəvəzdən təamlarda, xüsusilə də tibdə müalicə məqsədilə istifadə olunur.
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov balqabağın faydalarına dair resept paylaşıb. Reseptdə balqabaq və baldan istifadə olunur:
"Balqabaq baş tərəfdən elə kəsilir ki, əl içinə girə bilsin. Kəsildikdən sonra içindəki tumları təmizlənilir və tam dolanadək içinə bal doldurulur (bal olmasa, şəkər tozu da olar). Əvvəlcə baş hissəni kəsdiyiniz qapağı üstünə qoyub sərin qaranlıq bir yerə qoyun. Bu qarışımı 2 gündən sonra istifadə etmək olar və 2 gündən sonra balqabağın içərisi şərbət kimi olacaq. Balqabağın divar qalınlığından asılı olaraq bu proses 3-4 gündə çəkə bilər. Şərbəti şüşə bir qaba töküb ağzını bağlayın. Soyuducuda saxlayın. Bu şərbətdən səhər ac qarına 100 qram için, əgər qan azlığınız varsa, axşam yatmazdan əvvəl də 100 qram içə bilərsiniz. Balqabağın tərkibindəki bütün aktiv maddələr bu şərbətin içində vardır. Belə ki, balqabaqdakı beta karotin (bu bədəndə A vitamininə çevrilir) dərimizi hamar və gözəl edir, gözləri işıqlandırır, tük tökülməsinə faydalıdır, həmçinin şiş əleyhinə antioksidantdır, balqabaqdakı dəmir, sink isə qan azlığı, halsızlıq, yorğunluq, başgicəllənmələri zamanı faydalıdır.
Həkimin sözlərinə görə, balqabaq olduqca faydalı bir tərəvəz olmaqla yanaşı, qaraciyər üçün də xeyirlidir. Belə ki, bu tərəvəz qaraciyər xəstəlikləri zamanı əmələ gələn çatışmazlıqları aradan qaldırır (hepatitlər, sirroz, qaraciyər piylənməsi və s.), eləcə də ürək fəaliyyəti üçün faydalıdır:
"Çünki bu möcüzəvi tərəvəz damarların iç divarını təmizləyir, pis xolesterin səviyyəsini aşağı salır, bağırsaq qurdlarına qarşı, dalaq və qaraciyər böyüməsi zamanı faydalıdır. Böyrəklərin də fəaliyyətini artırır, böyrək çatışmazlığında və böyrək qumlarında faydalı olmaqla yanaşı böyrək iltihablarına da faydalıdır, prostat vəzin böyüməsində mükəmməldir. İmmuniteti olduqca yüksəldir, cinsi istəyi artırır, sonsuzluğun müalicəsində faydalıdır. Bu şərbətə pambıq batırıb yatmazdan əvvəl üzünüzü silin və 30 dəqiqə gözləyin üzdəki çillərə, səpgilərə qarşı faydalı olmaqla yanaşı, üz dərisini qurumaqdan qoruyur və elastikləşdirir, allergenlərə qarşı müqaviməti artırır. Bu şərbətdən təzyiqi olanlar və şəkər xəstələri çox az dozada istifadə edə bilərlər. Şərbətin dadlı olması üçün içinə 5-7 ədəd limon sıxmaq olar".
Bu bölməyə aid digər xəbərlər
Plastiklərdəki üç kimyəvi maddənin birgə təsiri xərçənglə əlaqəli genləri aktivləşdirir
21.10.2026 | 10:00
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

