Qusarda reproduktiv sağlamlığın qorunmasına dair maarifləndirici tədbir keçirilib
24.10.2022 17:23
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə əməkdaşlığı ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, təhlükəsiz cinsi davranış vərdişlərinin formalaşdırılması istiqamətində növbəti maarifləndirmə tədbiri keçirilib.
 
Aztibb.az xəbər verir ki, Qusar Rayon Gənclər və İdman İdarəsi Gənlər evində təşkil olunan tədbirdə iştirak edən yeniyetmələrə “Geniş yayılmış infeksiyalar və onların reproduktiv sağlamlığa təsiri” mövzusunda ətraflı məlumat verilib.
 
İSİM-in nümayəndəsi, həkim Afət Məmmədova yeniyetmə və gənclərin reproduktiv sağlamlıq, sanitar-gigiyenik maarifləndirilmə, sağlam ailənin əsasları ilə bağlı tibbi məlumata sahib olmasının əhəmiyyətini vurğulayaraq, ailə planlaşdırılması və müasir kontraseptiv üsullar, həmçinin abort və erkən nikahların fəsadlarını diqqətə çatdırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb