Bakı Sağlamlıq Mərkəzinin əməkdaşı Türkiyədə beynəlxalq konqresdə məruzə ilə çıxış edib
24.10.2022 10:24

Bakı Sağlamlıq Mərkəzinin (BSM) əməkdaşı Fəqan Həsənzadə Türkiyənin Samsun şəhərində keçirilən “5. Beynəlxalq 15. Milli Sağlamlıq və Xəstəxana İdarəsi Konqresi”ndə iştirak edib.

 

Türkiyədə “Səhiyyənin idarə olunması” istiqamətində uzmanlıq təhsili alan Fəqan Həsənzadə konqresin birinci sessiyasında “Azərbaycanın dəyişən səhiyyə sisteminin dəyərləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

 

Qeyd edək ki, hər il mütəmadi olaraq müxtəlif universitetlərdə təşkil olunan Sağlamlıq və Xəstəxana İdarəsi Konqresinə bu il Ondokuz May Universiteti (OMU) ev sahibliyi edib. Konqresin əsas məqsədi problemləri elmi baxımdan qiymətləndirmək, həlli yollarını tapmaq, səhiyyə xidmətlərinin idarə edilməsi, səhiyyə informasiya texnologiyaları, səhiyyə müəssisələrində təşkilati davranış, ictimaiyyətlə əlaqələr, strateji idarəetmə, maliyyə menecmenti və s. mövzuları müzakirə etmək olub.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib