Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş tədbir keçiriləcək
24.10.2022 17:36
Oktyabrın 28-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Dayaq Patronaj xidmətinin birgə təşkilatçılığı ilə "İnsultdan sonrakı dövrdə reabilitasiya strategiyası" mövzusunda tədbir keçiriləcək.
 
Tədbir 29 Oktyabr - Ümumdünya İnsultla Mübarizə Gününə həsr ediləcək.
 
Toplantı zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən insultdan sonrakı dövrün reabilitasiyası, insult keçirmiş xəstələrdə konqnitiv, əqli və danışıq funksiyalarının bərpası strategiyası və insult keçirmiş xəstələrə evdə xidmətin təşkili barədə məruzələr təqdim ediləcək, sual-cavab və müzakirələr təşkil ediləcək.
 
Fizioterapevt-reabilitoloq, nevropatoloq, orta tibb personalı və rezidentlər üçün nəzərdə tutulan tədbir əyani olaraq saat 14:30-dan 17:30-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq "ZOOM platforması" üzərindən həyata keçiriləcək.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!
 
Qeydiyyatdan üçün link: https://forms.gle/8D72H8Wh5867AY1o7
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib